Versiya 1
· 23.09.2026 tarixindən qüvvədədir
1. Ümumi müddəalar
Bu sənəd platformadan istifadə qaydalarını müəyyən edir. Qeydiyyatdan keçməklə siz bu şərtləri qəbul etmiş sayılırsınız.
2. Hesab
- Hesab məlumatlarının doğruluğuna istifadəçi cavabdehdir.
- Hesabı başqasına vermək, satmaq və ya paylaşmaq qadağandır.
- 18 yaşdan kiçik istifadəçilər valideyn/qəyyum nəzarəti altında istifadə etməlidir.
- Şübhəli fəaliyyət aşkarlandıqda hesab müvəqqəti dayandırıla bilər.
3. Məzmun və müəllif hüququ
- Platformadakı bütün suallar, dərslər, video və izahlar müəllif hüququ ilə qorunur.
- Məzmunu kopyalamaq, yaymaq, satmaq və ya kommersiya məqsədilə istifadə etmək qadağandır.
- Ekran görüntüsü və ya yazı vasitəsilə məzmunun kütləvi paylaşılması hesabın bağlanması ilə nəticələnə bilər.
4. Süni intellekt (AI) xidmətləri
- AI izahları və AI müəllim cavabları köməkçi materialdır, mütləq həqiqət deyil.
- AI səhv edə bilər — mühüm hallarda müəllimlə yoxlamaq tövsiyə olunur.
- AI xidmətlərindən sui-istifadə (avtomatlaşdırılmış sorğular, spam) qadağandır.
5. Abunə və limitlər
- Hər paketin gündəlik/aylıq limitləri paket səhifəsində açıq göstərilir.
- Aylıq limitlər təqvim ayı ilə deyil, abunə dövrü ilə hesablanır.
- Limitlər həddindən artıq istifadənin qarşısını almaq üçündür.
6. Xidmətin dayandırılması
- Bu şərtlərin pozulması halında hesab xəbərdarlıqsız dayandırıla bilər.
- Texniki işlər səbəbindən xidmətdə qısamüddətli fasilələr ola bilər.
7. Şərtlərin dəyişdirilməsi
Şərtlər yenilənə bilər. Yeni versiya dərc olunduqda istifadəçidən növbəti ödənişdə yenidən razılıq tələb olunur.